Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2026 10:00
  • A-
  • A
  • A+

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Milli Elmlər Akademiyası oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətə başlamış XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Qeyd edək ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur. Tədbirə ölkəmizin Xalq yazıçı və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər qatılıblar.

AMEA bu mötəbər kitab festivalında öz pavilyonu ilə təmsil olunur. AMEA-nın pavilyonunda Akademiya əməkdaşlarının əsərləri beynəlxalq ictimaiyyətə təqdim edilir və böyük maraqla qarşılanır.

Kitab festivalı çərçivəsində AMEA-nın təşkilatçılığı ilə bir sıra kitab təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: