Türkiyənin Eskişehir şəhərində “Yeniden bağımsızlığının 35-ci yılında Uluslararası Azerbaycan Kongre”si (Müstəqilliyinin yenidən bərpasının 35-ci ilində Beynəlxalq Azərbaycan Konfransı) keçirilib.
Konfrans Eskişehir Anadolu Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Ankaradakı Səfirliyi, Eskişehir Anadolu Universiteti, Qarabağ Universiteti və İstanbuldakı İbn Haldun Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov iştirak edib və “Ramiz Qusarçaylının “Vətən” poemasında müstəqilliyin yenidən bərpasına poetik münasibət” mövzusunda məruzə edib.
Sonda iştirakçılar sertifikatla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.