Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda “Almaniyada türk ədəbiyyatı – Ədəbi portretlər” adlı kitab çapdan çıxıb
22.10.2026 10:15
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Almaniyada türk ədəbiyyatı – Ədəbi portretlər” adlı kitab çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdunun “Almaniyada türk ədəbiyyatı – Ədəbi portretlər” adlı kitabı çapdan çıxıb.

Şərqşünas alimin tədqiqatı Almaniyada formalaşan türk mühacirət ədəbiyyatının yaranma səbəblərini, inkişaf mərhələlərini və əsas təmsilçilərini sistemli şəkildə araşdıran ilk bioqrafik mənbələrdən biridir.

Kitabda birinci nəsil “qonaq işçi ədəbiyyatı”ndan başlayaraq ikinci nəsil mühacir yazıçıların yaradıcılıq xüsusiyyətləri, həmçinin “interkultural ədəbiyyat” adlanan yeni istiqamətləri ardıcıllıqla tədqiq edilir. Əsərin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, müəllif təkcə ədəbi mənbələrə deyil, həmçinin Almaniyada yaşayan türk əsilli yazıçı və şairlərlə apardığı canlı ünsiyyətə, şəxsi münasibətlərə və geniş empirik materiallara əsaslanır. Bu cür yanaşma bioqrafik portretləri daha canlı, etibarlı və elmi baxımdan dəyərli edir. Kitabda ədəbi şəxsiyyətlərin həyat yolu, yaradıcılıq istiqamətləri, mövzu dairələri, aldıqları mükafatlar və Almaniya-Türkiyə mədəni əlaqələrinə göstərdikləri təsir ətraflı şəkildə işıqlandırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: