Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva “Kaspiy” qəzetinə müsahibə verib
21.10.2026 11:28
  • A-
  • A
  • A+

Biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva “Kaspiy” qəzetinə müsahibə verib

AMEA Rəyasət Heyəti Aparatının Vitse-prezidentlərin xidmətinin baş mütəxəssisi, AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva “Kaspi” qəzetinə  müsahibə verib.

28 sentyabr 2026-cı il tarixində bioetika və elmi biliklərin etikası sahəsində UNESCO tərəfindən keçirilən beynəlxalq tədbirlərdə neyrotexnologiyaların etik prinsiplərə uyğun inkişafı və tətbiqi ilə bağlı müzakirələrdə iştirakı barədə sualları cavablandıran alim neyrotexnologiyaların sürətli inkişafının yaratdığı tibbi imkanlarla yanaşı, etik və hüquqi aspektlərin də dərindən araşdırılmasının zəruri olduğunu bildirib. O, eyni zamanda, ölkələrin neyrotexnologiyaların işlənib hazırlanması və tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də, innovasiyaların etik prinsiplərə uyğun inkişafının təmin edilməsi məsələlərinə də toxunub və UNESCO-nun bu sahədə etik çərçivələrin və idarəetmə mexanizmlərinin formalaşdırılmasına yönəlmiş tövsiyələrinin əhəmiyyətini vurğulayıb.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: