Türkiyənin Kayseri şəhərində IV Uluslararası Dəvəli–Aşıq Seyrani və Türk Kültürü Konqresi keçirilib.
Beynəlxalq elmi konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Folklor İnstitutunun dissertantı Günay Oruczadə “Azərbaycan və Balkan türklərinin lirik folklorunda oxşarlıqlar: Mani, türkü, bayatı, şarkı və türküləri” mövzusunda məruzə edib.
Beynəlxalq konfransda Azərbaycan şifahi xalq ədəbiyyatının rəngarəng qolları, o cümlədən aşıq mühiti, dastançılıq ənənəsi, mifoloji baxışlar və türk dünyasını birləşdirən ortaq dəyərlər geniş təhlil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.