Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.10.2026 09:54
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

Folklor İnstitutunun əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

Özbəkistan Respublikasının Daşkənd şəhərində Elm və Texnologiyalar Universitetinin təşkilatçılığı ilə “Yeni Özbəkistanda pedaqogika və sosial elmlərin inkişafının strateji problemləri və həll yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev onlayn formatda “Qloballaşma şəraitində Azərbaycan və Özbəkistan xalqlarının mərasim folklorunun müqayisəli tədqiqi: ortaq ənənələr və milli-mədəni xüsusiyyətlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan və Özbəkistan xalqlarının mərasim folklorundakı ortaq ənənələr, milli-mədəni xüsusiyyətlər və qloballaşma şəraitində folklor irsinin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb. Hər iki xalqın zəngin mənəvi irsinin müqayisəli tədqiqinin elmi və mədəni əlaqələrin inkişafındakı rolu vurğulanıb.

Məruzədən sonra mövzu ilə bağlı suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Konfransın sonunda Əpoş Vəliyevə sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: