Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.10.2026 10:57
  • A-
  • A
  • A+

Professor Roida Rzayeva Türkiyədə beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Professor Roida Rzayeva Türkiyədə beynəlxalq konqresdə məruzə ilə çıxış edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 21-23 oktyabr 2026-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində təşkil edilən 9-cu Siyasi elm və Beynəlxalq münasibətlər Konqresində iştirak edib.

Alim konqresdə “Müasir siyasətdə yeni diplomatiya, media və yumşaq güc” adlı məruzə ilə çıxış edib.

Roida Rzayeva məruzəsində medianın sosial şüurun formalaşmasında, funksionallığında və inkişafında oynadığı roldan bəhs edib. İctimai rəyin uğrunda mübarizənin müasir siyasətin can damarı hesab olunduğu vurğulanıb. Məruzədə inandırıcı kommunikasiya texnologiyalarının ənənəvi mediadan daha geniş şəkildə sosial mediada istifadə olunduğu və hədəfləmənin homogen sosial-demoqrafik qruplar əvəzinə psixoloji profillər (psixogramlar) əsasında aparıldığı qeyd olunub.

Professor çıxışında qeyd edir ki, bu gün biz siyasi məzmunun kütləvi yayılmasında texnoloji bir dönüş nöqtəsinə şahidlik edirik. Məruzədə həmçinin bildirilir ki, yumşaq güc ideologiyanın yeni və müasir forması hesab olunur. “Yumşaq güc” qeyri-zorakı təsir üsulları, vasitə və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur və bu, onu idarəetmə siyasətinin bir forması edir.

Vurğulanır ki, “yumşaq güc” müasir siyasətin bir elementidir, onun təsiri həm mədəni, həm də koqnitiv-psixoloji xarakter daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: