15 oktyabr 2026-cı il tarixində Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, ornamentalist və alim Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş sərginin açılışı keçirilib.
Ekspozisiyada 70-ə yaxın rəssamın müxtəlif texnika və materiallarla ərsəyə gətirdiyi rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.
Sərgi milli ornamental irsin zənginliyini, Lətif Kərimovun sənət irsinin müasir təsviri sənətdəki təzahürlərini, eləcə də ənənə ilə müasir yaradıcılıq arasında qurulan bədii əlaqələri nümayiş etdirir.
Sərgilənəcək əsərlərin arasında AMEA Memarlıq Və İncəsənət İnstitutunun elmi işçisi Məmmədova Oksananın yaratdığı kompozisiya da yer alıb. “İrsin naxışları” adlanan əsər akril boyalar ilə tekstil üzərində qarışıq texnikada işlənilib. Sərgi 18 noyabr 2026-cı il tarixinədək Muzey Mərkəzində ziyarətə açıqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.