AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” və “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları yer alıb.
Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı, "Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi" adlı I beynəlxalq simpozium və AMEA-nın XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı silsilə yazılar təqdim edilib.
Bu sayda akademik İsa Həbibbəylinin Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirakı və "Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti" mövzusunda beynəlxalq elmi simpozium haqqında informasiyalar oxucuların diqqətinə çatdırılıb.
Bundan əlavə, nəşrdə “Fateh lider və suverenlik: milli ideyanın ekogeosiyasət fəlsəfəsi” və “Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlar” adlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.