Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.11.2026 15:29
  • A-
  • A
  • A+

AMEA LREM-in şöbə müdiri Sərraf Talıbovun yeni kitabı çapdan çıxıb

AMEA LREM-in şöbə müdiri Sərraf Talıbovun yeni kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbovun (Sərraf Talıb) “Mən doğulmadım ki...” adlı yeni kitabı çapdan çıxıb. Kitaba müəllifin son illərdə yazdığı şeirlər, poemalar, dünya ədəbiyyatından etdiyi tərcümələr və yaradıcılığı haqqında qələmə alınmış ədəbi-tənqidi məqalələr daxil edilib.

Ön sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira İsmayılovanın yazdığı kimi, Sərraf Talıbın yeni kitabını doğum gününə - 70 illik yubileyinə şairin özünə özəl hədiyyəsi, hesabatı, oxucularla növbəti könül söhbəti də adlandırmaq olar: “... Kitabdakı şeirləri, ədəbi-bədii yazıları oxuduqca bir daha dərk edirsən ki, yaxşı şeirin, dəyərli bədii sözün zaman-məkan sərhədi olmur, bütün zamanlarda xiridarları olur”.

AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları - Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist İltifat Əhmədov kitabın redaktoru, Fəranə Mikayılova korrektoru, Kamil Cabbarov texniki redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı Sərraf Talıbın indiyədək 200-dən çox müxtəlif janrlı məqaləsi, dünya ədəbiyyatından etdiyi tərcümələr və şeirləri qəzet, jurnal və internet resurslarında dərc edilib.

“İmza” nəşrlər evində çapdan çıxan “Mən doğulmadım ki...” kitabı müəllifin sayca 5-ci kitabıdır. Bundan əvvəl şairin “AMEA Lənkəran REM (2015-2020): Uğurlu nəticələr, yeni hədəflər” (2021), “Bu yerin üstü də məni tanımır” (2022), “Sonuncu sağlıq” (2023) və “Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” (2026)   adlı  kitabları işıq üzü görüb.

  • Paylaş: