Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib
30.10.2026 12:43
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında sonuncu nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Bakıda VIII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib” başlıqlı icmal yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə VIII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu, AMEA Rəyasət Heyətinin iclası və görkəmli alim, pedaqoq və ictimai xadim akademik Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri ilə bağlı yazılar təqdim edilib.

Bu sayda “AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi tərəfdaşlıq genişlənir”, “AMEA ilə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb” sərlövhəli yazılar, XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimat mərasimi, eləcə də AMEA alimlərinin Pezeşkiana müraciəti oxucuların diqqətinə çatdırılıb.

Bundan əlavə, nəşrdə “Gənclərin vətənpərvərlik tərbiyəsində sosial-humanitar fəaliyyətin rolu” başlıqlı məqalə, “Milli statistika sisteminin Qlobal Qiymətləndirilməsi çərçivəsində elmi ictimaiyyətin iştirakı ilə görüş” sərlövhəli analitik yazı, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər və yeni nəşrlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: