Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutu və Kimya İnstitutunun əməkdaşlarının birgə məqaləsi Q4 kvartilli jurnalda dərc olunub
02.11.2026 12:15
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu və Kimya İnstitutunun əməkdaşlarının birgə məqaləsi Q4 kvartilli jurnalda dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun Heterotsiklik monomerlər  laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, laboratoriyanın elmi işçisi Gülnur Məmmədova və Kimya İnstitutunun elmi işçisi Ulduz Cəfərovanın həmmüəllifi olduqları məqalə Q4 kvartilli “Inorganic Materials: Applied Research” jurnalında (2026, Vol. 17, pp. 1338–1342. https://link.springer.com/article/10.1134/S2075113326701029) dərc olunub.  

“Amin törəməli modifikatorların ED-20 epoksi kompozisiyasının xassələrinə təsiri” (Influence of Amino Derivatives of Modifiers on the Properties of ED-20 Epoxy Composition) adlı məqalədə ED-20 epoksi kompozisiyasının xassələrinin yaxşılaşdırılması məqsədi ilə müxtəlif amin törəmələrinin modifikator kimi tətbiqi və onların kompozisiyanın xüsusiyyətlərinə təsiri tədqiq edilib. Tədqiqatın əsas istiqaməti funksional amin törəmələrinin epoksi-polimer sistemlərinə daxil edilməsinin materialın xassələrinin tənzimlənməsinə təsirinin müəyyənləş¬dirilməsidir. Aparılan tədqiqatlar nəticəsində amin əsaslı modifikatorların epoksi kompozisiyasının strukturuna və xassələrinə təsir göstərdiyi müəyyən edilib. Əldə olunan nəticələr bu tip funksional modifikatorların epoksi kompozisiyalarının xüsusiyyətlərinin məqsədyönlü şəkildə tənzimlənməsində istifadə oluna biləcəyini göstərir.

Qeyd edək ki,  impakt faktor göstəricisi 0.4-ə, SJR reytinq göstəricisi isə 0.168-ə bərabər olan jurnal Springer Nature nəşriyyat platformasında yayımlanır, Web of Science-ın ESCI (Emerging Sources Citation Index) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxildir. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: