Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2026 12:29
  • A-
  • A
  • A+

RSXM-in kollektivi şəhid Ələddin Səidovun məzarını ziyarət edib

RSXM-in kollektivi şəhid Ələddin Səidovun məzarını ziyarət edib

Noyabrın 3-də 44 günlük Vətən müharibəsinin şəhidi Ələddin Səidovun şəhidlik məqamına yüksəlməsinin altıncı ildönümü ilə bağlı mərasim keçirilib. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları, Nərimanov rayonun icra hakimiyyətinin və YAP Nərimanov Rayon Təşkilatının, eləcə də Nərimanov rayon bələdiyyəsinin rəhbərliyi və əməkdaşları, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi və kollektivi iştirak ediblər. Mərasimdə şəhid Ələddin Səidovun xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Mərasimdə Ələddin Səidovun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışılıb. Ələddin Səidovun və torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən bütün şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Şəhid Ələddin Səidov 2020-ci ilin noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ələddin Səidov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: