Yanvarın 17-də AMEA Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitut əməkdaşlarının iştirak etdiyi toplantıda çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə, milli-mənəvi dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi: “Həmin gün silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini bəyan etdi”.
Tədbirdə bu faciənin beynəlxalq aləmdə mövcud olan ikili yanaşmalar səbəbindən tam hüquqi qiymətini almadığı, cinayətkarların məsuliyyətə cəlb olunmadığı və Azərbaycan xalqının cəlladlarının layiqli cəzalarını almadıqları bildirilib.
Qeyd olunub ki, həmin qanlı gecədə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.