Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.07.2016 11:46
  • A-
  • A
  • A+

1917-1918-ci illərdə Bakıda xidmət etmiş türk əsgərinə məxsus 3 kitab AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub

1917-1918-ci illərdə Bakıda xidmət etmiş türk əsgərinə məxsus 3 kitab AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub

1917-1918-ci illərdə Nuru Paşanın rəhbərliyi ilə Bakıya gələn Qafqaz İslam Ordusunun 12-ci alayında xidmət etmiş türk əsgəri Əli oğlu Əhmədə məxsus 3 kitab AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim olunub.

Əli oğlu Əhmədin nəticəsi Maşidə Niğmət Məmişin muzeyə hədiyyə etdiyi “Şakircan Əlhəmdi Əttəkva. İslam ibadətləri”, “Hacı Əbdülhəmid Hamid Əlbərzənci”, “Əli Nəzima. Mükatibə-ye məxsus tarix kitabları kolleksiyonu” kitabları XX əsrin əvvəllərində Bakıda baş vermiş hadisələrin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, kitablar əski əlifba ilə (Azərbaycan və türk dillərində) qələmə alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: