Los Alamos Milli Laboratoriyası və Yaponiyanın Qabaqcıl Sənayə Elm və Texnologiya İnstitutunun tədqiqat qrupu polimer əsaslı ucuz yanacaq əldə edib. Belə ki, fosfat-dördüncü ammonium ion-cütündən hazırlanmış bu yanacaq elementleri 80 və 200 dərəcə selsi temperaturda suyun təsiri olmadan hərəkət edə bilir. Tədqiqat qrupu müəyyən edib ki, reaksiya zamanı fosfat-dördüncü ammonium ion-cütü proton daşınmasına suya nisbətən daha güclü təsir göstərə bilir. Nəticədə davamlı, effektiv və daha ucuz yanacaq hazırlamaq mümkün olur.
Qeyd edək ki, Los-Alamos laboratoriyası 1970-ci ildən yanacaq elementlərinin tədqiqatı üzrə liderdir. Yeni tədqiqat ölkənin enerji təhlükəsizliyinə, aşağı neft istehlakı ilə ətraf mühit və iqtisadiyyata kifayət qədər öz töhfəsini verə bilər.