Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.09.2016 16:18
  • A-
  • A
  • A+

AMEA-nın www.science.gov.az veb-portalının monitorinqi keçiriləcək

AMEA-nın www.science.gov.az veb-portalının monitorinqi keçiriləcək

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanın ilk veb saytının - science.gov.az portalının Rəyasət Heyətinin, elmi müəssisə və təşkilatların, alimlərin fəaliyyətini işıqlandırdığını, o cümlədən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə təbliğ etdiyini bildirib. Akademik qeyd edib ki, science.gov.az portalı daim təkmilləşdirilir və inkişaf etdirilir: “Ötən il innovativ texnologiyalar tətbiq olunmaqla, portalın yeni versiyası hazırlanaraq istifadəyə verilib, ayrı-ayrı elmi qurumlara dair məlumatlar burada daha geniş şəkildə öz əksini tapıb. Lakin vaxt ötdükcə obyektiv və subyektiv səbəbdən portalda AMEA-nın qurumları haqqında əksini tapan bəzi məlumatlar köhnəlir və ya öz aktuallığını itirir. Odur ki, mütəmadi olaraq səhifələrdə bəzi informasiyaların yenilənməsi, qeyri-dəqiq məlumatların redaktə olunması, bir sözlə portalın informasiya təminatının aktual vəziyyətdə saxlanılması zərurəti yaranıb. Bu məqsədlə science.gov.az portalının informasiya təminatının kompleks monitorinqinin aparılması və qarşıya çıxacaq nöqsanların aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur”.  

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti www.science.gov.az veb-portalının informasiya təminatının vəziyyətinin kompleks monitorinqinin həyata keçirilməsi barədə qərar verib. Monitorinq işlərinin təşkili və həyata keçirilməsi İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə və İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb. Bununla əlaqədar olaraq idarə və institut təlim kursları keçirəcək.

Tədbirdə, həmçinin portaldan istifadə imkanlarını artırmaq məqsədi ilə İnformasiya Texnologiyaları İnstitutuna www.science.gov.az portalının mobil versiyasının hazırlanması tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: