Beynəlxalq Mühəndislik Akademiyasının vitse–prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
Alim bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.