Sumqayıt Dövlət Universiteti (SDU) və AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) arasında uzun illər aparılan elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədilə PMİ -də Elm və Tədris Mərkəzi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov və PMİ-nin direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov mərkəzin açılışını edərək, əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bildirilib ki, mərkəzin yaradılmasında məqsəd tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan təcrübi bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya və ekologiya sahələrində istehsalat və elmi yeniliklərin, innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.