AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji tədqiqatlar aparırlar.
Sözügedən qədim yurd yerində aparılan tədqiqatlarla bağlı İctimai Televiziyada sujet yayımlanıb.
Qeyd edək ki, tədqiqatlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkil etdiyi "Çıraqqala–Şabran: Tarixin izində" Arxeoloji Yay Məktəbi çərçivəsində aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.