Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ xalçaları” adlı kataloq çapdan çıxmışdır
05.10.2013 00:00
  • A-
  • A
  • A+

“Qarabağ xalçaları” adlı kataloq çapdan çıxmışdır

AMEA Milli Azərbaycan Tarixi Muzeyində  yeni “Qarabağ xalçaları” kataloqu çapdan çıxmışdır.   

Oxuculara təqdim olunan kataloqun giriş hissəsində Qarabağ xalçalarının tarixçəsi barədə müfəssəl məlumat verilmişdir. “Qarabağda yun ipin xalq üsulu ilə boyanması” adlı bölmədə boyama üsulları və məhlulu barədə söz açılımışdır. Bundan başqa, Muzeyin kolleksiyasına daxil olan 150-ə yaxın Qarabağ xalça və xalça məmulatları (məfrəş, xurcun, heybə və s.) haqqında maraqlı fikirlər qeyd olunmuşdur. Həmçinin, hər eksponatın rəngli fotoşəkli ilə bərabər, onun toxunduğu dövr, ölçüləri, boyanma xüsusiyyətləri, muzeyə daxil olma tarixi də göstərilmişdir.   

Qeyd edək ki, kitabın elmi redaktoru, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi muzeyin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Gülzadə Abdulovadır.   

Tədqiqata cəlb olunan xalçaların boya tərkibinin analizini Türk Kültür Vəqfinin vəsaiti hesabına Mərmərə Universiteti Əczaçılıq fakültəsinin professoru dr. Rəcəb Qaradağ və professor dr. Türkan Yurdun həyata keçirmişlər.   

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.azsaytına istinad zəruridir.

  • Paylaş: