Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Gürcüstana ezam olunmuşdur
03.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Gürcüstana ezam olunmuşdur

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru, professor İslam Mustafayev Avropa Birliyinin “Cənubi Qafqazda Ekomiqrasiya” layihəsi çərçivəsində keçirilən seminarda iştirak etmək məqsədilə Tbilisi şəhərinə (Gürcüstan) ezam olunmuşdur.

Qeyd edək ki, layihənin məqsədi təbii fəlakətlər nəticəsində əvvəlki yaşayış yerlərini tərk etmiş vətəndaşların yeni yaşayış yerlərində yerləşmələrinin ekoloji problemlərinin həllindən ibarətdir.

Seminarda “Azərbaycanda Ekomiqrasiya və ətraf mühit” mövzusunda məruzə ilə çıxış edən İ.Mustafayev 2010-cu ildə Kür və Araz çaylarında daşqınlar nəticəsində yaranan ekomiqrantların ətraf mühitə təsirinin azaldılması istiqamətində görülən işlərdən söz açmış, təkliflərini səsləndirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: