Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonuna aid qadın bəzək əşyası olan gümüş kəmər eksponatı bərpa olunub.
Xüsusi gözəlliyi ilə seçilən kəmərin hazırlanması zamanı quraşdırma, bərkitmə, qızıllama, tikmə kimi texnikalardan istifadə olunub.
Kəmərin bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.
Gümüş kəmər hazırda muzeyin “Qadın bəzək əşyaları” sərgisində nümayiş olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.