Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edəcək
13.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edəcək

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edəcək. Məqsəd AMEA Rəyasət Heyətinin fevralın 14-də AMEA-nın Gəncə Bölməsində səyyar iclasını keçirməkdir.

Tədbirdə Gəncə Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və bölmənin elmi müəssisələrində doktoranturaya qəbulun nəticələri ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, AR Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli Sərəncamı, həmçinin Nazirlər Kabinetinin 08 oktyabr 2013-cü il tarixli və AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli qərarlarına əsasən AMEA Gəncə Bölməsi və onun nəzdində Nizami Gəncəvi Mərkəzi, Nəbatət bağı, Humanitar Tədqiqatlar, Diyarşünaslıq, Bioresurslar, Ekologiya və Təbii Ehtiyyatlar, Aqrar Problemlər institutları yaradılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: