Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.01.2017 17:12
  • A-
  • A
  • A+

Serbiyanın ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanaya kitablar hədiyyə edib

Serbiyanın ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanaya kitablar hədiyyə edib

Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Səfir MEK-in Sərgi salonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olub, həmçinin Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə baş çəkib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova səfir Neboyşa Rodiçi rəhbərlik etdiyi müəssisədə görməkdən məmnunluğunu ifadə edib. O, qonağa kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib. 

Səfir isə öz növbəsində Serbiya Respublikası üçün ayrılmış bölməyə görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda N.Rodiç bir neçə kitabı MEK-ə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: