AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elman Şahverdiyev "Optik - İşıq və elektron optika üzrə beynəlxalq jurnalı"nın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xidmətlərinə görə “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, “Elsevier” nəşriyyatında çap olunan beynəlxalq jurnalda işıq və elektron optikanın bütün sahələri üzrə məqalalər dərc olunur. Jurnal optik dizayn, həndəsi və şüa optikası, dalğa optikası və digər sahələr üzrə tədqiqatların vəziyyətinə dair sorğu təklif edir.
Alim bu mükafata jurnalın redaksiya heyəti tərəfindən layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.