Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2017 14:03
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şərqşünaslıq İnstitutunda  Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 22-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Xocalı faciəsinin ağır nəticələri barədə danışıb, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. Alim ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini bildirib. O, İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq qəbul etdiyi bəyannamələrdən danışıb.

Tədbirdə institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev və başqaları çıxış edərək Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıblar. Onlar insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: