Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da institutlararası laboratoriyalar təşkil edilməlidir
07.03.2017 10:17
  • A-
  • A
  • A+

AMEA-da institutlararası laboratoriyalar təşkil edilməlidir

Martın 6-da AMEA Rəyasət Heyətinin iclasında humanitar elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda dilçiliyin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına dair fikirlərini bölüşüb.

AR Prezidenti İlham Əliyevin dilimizlə bağlı qəbul etdiyi qərar və sərəncamların alimlər qarşısında yeni vəzifələr qoyduğunu qeyd edən K.Abdullayev Azərbaycan filologiyasının həm qədim, həm də müasir dövrdə inkişaf meyllərinin öyrənilməsinin vacibliyindən söz açıb.

Qədim dillərin mütəmadi şəkildə öyrənilməsinin zəruriliyini önə çəkən alim bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın magistratura pilləsində müvafiq sahədə təhsil alan tələbələr Avropa ölkələrinə ezam olunmalı, qədim latın, misir və yunan dillərini öyrənməlidirlər. Bu ölkələrin təcrübəsini əldə etdikdən sonra AMEA-da institutlararası problem laboratoriyalar təşkil edilməli, alimlərimiz müxtəlif problemlərin həlli ətrafında birgə fəaliyyət göstərməlidirlər.

Akademik K.Abdullayev çıxışının sonunda Humanitar Elmlər Bölməsinin dünya elminə inteqrasiyası və daha mühüm elmi nəticələrin əldə edilməsi, alimlərimizin nüfuzlu elmi bazalarda təmsil olunması baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: