AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb.
Alim bu mükafatla ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə təltif olunub.
Şöbənin aparıcı elmi işçisi, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən “2 fevral – Azərbaycan Gəncləri Günü”, həmçinin rayonun elmi-ictimai həyatında fəal iştirakına görə Fəxri fərmanla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.