Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2017 15:04
  • A-
  • A
  • A+

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparıldı

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparıldı

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər haqqında məlumat verərək yığıncağın BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə 18 namizədin qeydə alındığını diqqətə çatdıran alim onların hər birinə uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycan elminin zirvəsi sayılan bu adlar elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan və görkəmli xidmətləri olan alimlərə verilir.

Sonra hər bir namizəd öz fəaliyyəti, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi mühüm töhfələrə dair ətraflı məlumat verdi.

Sonda namizədlərin təqdimatlarına dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: