Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
04.04.2017 14:04
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 31 mart 2017-ci il tarixində işıq üzü görüb.

Yeni sayda Şollar-Bakı su kəmərinin açılışının 100 illiyinə həsr olunmuş Birinci Bakı Beynəlxalq Su Həftəsi, eləcə də Macarıstan günləri çərçivəsində keçirilən tədbirlər əks olunub. Fransa Respublikası Elmi Araşdırmalar Mərkəzinin Sen-Jermen Milli Arxeologiya Muzeyi və Leon Universiteti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji tədqiqatlarla, həmçinin Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatlar da yer alıb.

Qəzetdə “Görkəmli Azərbaycan memarı”, “Elm səyyahı”, “Ценный вклад в науку”, “Впечатления”, “Прицельней снайпера”, “В рамках дорожной карты” kimi məqalələr və s.  maraqlı məlumatlar da təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: