Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Ümumi yığıncaqları keçiriləcək
19.04.2017 15:45
  • A-
  • A
  • A+

AMEA-nın Ümumi yığıncaqları keçiriləcək

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunub.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncaqların gündəliyindəki məsələlər haqqında məlumat verib. Akademik qeyd edib ki, gündəlikdə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezidenti vəzifəsinə və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifəsinə seçki məsələləri yer alır.

Rəyasət Heyəti AMEA-nın Ümumi yığıncaqlarının bu ilin 28 aprel və 2 may tarixlərində keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul edib.

İclasda, həmçinin Ümumi yığıncaqların müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, seçkilərin keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi, tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: