Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xaricdə tədqiqat və təlim koordinatoru, professor Filip Turek və Fransa-Azərbaycan Universitetinin koordinatoru Şarlotto Payen AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Görüşdə institutla Strasburq Universiteti və Fransa-Azərbaycan Universiteti arasında elmi əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən sahələr üzrə alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar institutun lobaratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.