"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyasının (EA) Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Sənədi Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və Qazaxıstan EA Dilçilik İnstitutunun direktoru, profesor Erdem Kayıbekov imzalayıblar.
Protokol elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması məqsədilə imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.