Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2014 00:00
  • A-
  • A
  • A+

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, nazirliklərin və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, alim və ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunundirektoru, nəşrin baş elmi məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva rəhbərlik etdiyi institutun, “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə nəşri olan kitabların “Xocalıya ədalət!” kampaniyasının beş illiyinə həsr edildiyini bildirib.

Ölkə Prezidenti İlham Əliyevin 13 fevral 2014-cü il tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan A.Mustafayeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində tədbirlərin keçirildiyini qeyd etdi. O, bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söylədi: “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir və bu faciə haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılması çox vacibdir”.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, AMEATarix İnstitutunun direktor müavini, nəşrin elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində ikicildliyin nəşrini və təqdimatı yüksək qiymətləndiriblər, müəlliflərə səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar. İkicildliyin xarici dillərdə nəşrinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.

Kitabın müəlliflərindən biri, Əməkdar Jurnalist Vasif Səmədov bildirib ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə və gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir.

Nəşrin həmmüəllifi, AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə “Xocalıya ədalət!” çağırışının düzgün seçildiyini qeyd edib. Bildirib ki, artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında dayana bilmir. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Terror və amansızlıq mövcud olduğu müddətdə bu ideoloji cəbhə də yaşayacaqdır.

Sonda “Xocalıya ədalət!” kampaniyasına həsr olunmuş qısa videofilm nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: