Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2017 14:15
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətlər göstərib

Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətlər göstərib

AMEA-nın Fəlsəfə İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib.

Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

Sonra f.ü.e.d. Füzuli Qurbanov “Heydər Əliyev və tarixi yaddaş” mözusunda məruzə ilə çıxış edib. Alim məruzəsində qeyd edib ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, öz dilinə, ədəbiyyatına sahib çıxmaq, bununla da əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi.

Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən F.Qurbanov bildirib ki, Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ənənəsi, xalqına, tarixinə, mədəniyyətinə olan məhəbbəti və fəaliyyəti nəsildən-nəslə ötürülən ənənə formasını alıb.

Konfransda digər çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, Azərbaycanın müasir inkişaf strategiyasında bu irsin roluna dair əsaslı təhlillər aparıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: