Beynəlxalq Muzeylər Günü ərəfəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ atı” bölməsi yaradılıb.
Yeni yaradılan iki informasiya panelində Qarabağ atı haqqında tarixi məlumat verilməklə yanaşı, onu təsvir etmiş rəssamların işlərinin surətləri, XIX–XX əsrlərdə müxtəlif yarışlarda qalib gəlmiş atların fotoşəkilləri yer alıb. Qarabağ atı öz gözəlliyi ilə müxtəlif Avropa və Rusiya rəssamlarının diqqətini cəlb edib.
Bölmədə tanınmış Rusiya rəssamı N.Sverçkovun ”Xan” adlı Qarabağ atı” rəsm əsərinin reproduksiyası (rəsmin orijinalı Moskva Atçılıq Muzeyində nümayiş olunur), həmçinin Rusiya rəssamı N.Samokişinin “Qarabağ atı” əsərinin surəti verilib.
Ekspozisiyada qurulan vitrində XIX əsr at ləvazimatını əks etdirən müxtəlif eksponatlar nümayiş olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.