Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2014 00:00
  • A-
  • A
  • A+

Xocalı soyqırımının anım tədbiri keçirildi

Xocalı soyqırımının anım tədbiri keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan türklərinin başına gətirilən ən ağır və dəhşətli faciə - Xocalı soyqırımının anım tədbiri keçirildi.

Öncə erməni vəhşiliyinin qurbanı olmuş Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Misir Mərdanov Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğuladı, bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: