Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2017 16:12
  • A-
  • A
  • A+

AMEA-nın ilk magistrlarının dissertasiya işlərinin müdafiəsi olub

AMEA-nın ilk magistrlarının dissertasiya işlərinin müdafiəsi olub

AMEA-nın Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrların dissertasiya işlərinin müdafiəsi olub.  Professor Şakir Nağıyevin rəhbərlik etdiyi Müdafiə Şurasına fizika-riyaziyyat elmləri doktorları Abasət İsayev, Baxşəli Quliyev, fizika üzrə elmlər doktoru İlham Soltanov, fizika üzrə fəlsəfə doktorları  Fərhad Xəlil-zadə və Bəhram Mehdiyev daxil idilər. 

“Nəzəri və riyazi fizika” ixtisaslaşması üzrə  magistrların müdafiəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov, bu müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

Bəhruz Süleymanlı və Nurlan Abbaslı elmi rəhbərləri akademik Ənvər Nəhmədov və fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərliyi ilə dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: