Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2014 00:00
  • A-
  • A
  • A+

“Əyləncəli elm” mövzusunda növbəti görüş keçiriləcək

“Əyləncəli elm” mövzusunda növbəti görüş keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə AR Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Əyləncəli elm” mövzusunda məktəblilərlə növbəti görüşün hazırlıq prosesi müzakirə olunub.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsində Gənc alim və mütəxəssislər şurasının idarə heyəti ilə toplantı keçirilib, elmin müxtəlif istiqamətlərində dünya təcrübəsinə əsaslanan təqdimatlar müzakirə olunub. Şagirdlərlə növbəti görüşün yaxın vaxtda Xaçmazda keçirilməsi təklif edilib.

Xatırladaq ki, layihənin məqsədi ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır. AMEA prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.

Qeyd edək ki, “Əyləncəli elm” mövzusunda ilk səyyar görüş martın 1-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutmuş, rayonun məktəbliləri tərəfindən böyük maraqla qarşılanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: