AMEA Radiasiya Problemləri İnstitutu (RPİ) ölkəmizin qabaqcıl liseylərinin elmi fəaliyyətə ilk addımlarını atmaq istəyən şagirdləri üçün imkanlar yaradır.
Şagirdlər institut alimlərinin rəhbərliyi ilə ən müasir cihazlardan və metodlardan istifadə etməklə elmi araşdırmalarda və eksperimentlərdə iştirak edir və oz elmi ideyalarını həyata keçirməyə çalışırlar. Həmin şagirdlər beynəlxalq və respublika olimpiadalarında hər il uğurla iştirak edir və qələbələr qazanırlar. Bu qələbələr institutda yaradılan elmi şəraitin, elmi rəhbərlərin fəaliyyətinin və şagirdlərin təhsil aldığı liseylərdə fənn müəllimlərinin əməyinin nəticəsidir.
Artıq üçüncü ildir ki, institutun alimləri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanınrəhbərliyi ilə aparılan elmi-tədqiqat işlərinə görə şagirdlər “Sabahın alimləri” respublika müsabiqəsində birinci yerə layiq görülürlər, ABŞ-da keçirilən İntel-İSEF Beynəlxalq olimpiadasında iştirak etmək hüququ qazanırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.