Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.03.2014 00:00
  • A-
  • A
  • A+

Qədim türk abidəsi Orxon-Yenisey kitabələrinə həsr olunmuş tədbir keçirilib

Qədim türk abidəsi Orxon-Yenisey kitabələrinə həsr olunmuş tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminarın növbəti məşğələsi keçirilib.

Ədəbiyyat, incəsənət və tarixlə bağlı maraqlı və aktual mövzulara həsr olunan seminar məşğələlərinin bu dəfəki toplantısı qədim türk abidəsi Orxon-Yenisey kitabələrinə həsr olunub.

Məlum olduğu kimi, VI-VIII əsrlərdə Altay və Şimali Monqolustan ərazilərində mövcud olan türk xaqanlıqlarının iqtisadiyyatı, ictimai-siyasi mühiti haqqında qiymətli mənbə sayılan bu abidələr Monqolustanda Orxon, SibirdəYenisey, Altay ərazisində isə Talas çaylarının sahillərinə səpələnmişdir. Bu kitabələr əsasən iri qəbirüstü daşlar və qranit qayalardır.

Elmi seminarın məruzəçisi, muzeyin “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin kiçik elmi işçisi Kəmalə Nuriyeva qədim türk tarixinin zəngin salnaməsi olan bu abidələrin kəşfi, toponimikası, öyrənilmə tarixi haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Maraqlı təqdimatla müşayiət olunan seminar məşğələsi muzey əməkdaşları – filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktoruNatavan Mustafayeva, muzeyin elmi işçiləri Tutu MəmmədovaTörəxanım HüseynovaTəbəssüm Muxtarova, şöbə müdiri Tomiris Babanlı və başqalarının sual və çıxışları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: