Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsinə təsdiq olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Gülbəniz İbrahim qızı Babaxanlı 3 avqust 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsini bitirib. 5 monoqrafiya, 120-dən çox elmi məqalə və xaricdə çıxmış 16 elmi əsərin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.