MeTro adı verilən yeni yapışqan qanaxmanı dayandıraraq yaranı sağaltmaq xüsusiyyətinə malikdir.
hi-news.ru saytı xəbər verir ki, yapışqanın tərkibinə ultrabənövşəyi işığın təsiri altında orqan toxumaları ilə müqayisədə daha möhkəm materiala çevrilən zülallar daxildir. MeTro yapışqanı yaraya vurduqda bir dəqiqə ərzində o, tədricən yaraya sovrulur və parçalanmış toxumaları bərpa edərək birləşdirir.
Bu yapışqanı fövqəladə hallar, avtomobil qəzaları və yaxud döyüş əməliyyatları zonalarında istifadə etmək olar.
Alimlər hələlik sözügedən materialı laboratoriya donuzları üzərində sınaqdan keçiriblər.