İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Elektronika və Maqnetizm üçün Materiallar İnstitutunun (İMEM) əməkdaşları - Dr. Claudio Ferrari, Dr. Attolini Giovanni və Dr. Bosi Matteo AMEA-nın Fizika İnstitutunda olublar.
Səfərdə məqsəd “Görünən və infraqırmızı zolaqlar üçün çeviricili germanium/silisium əsaslı sensorlar və germanium-karbon nanostrukturları əsasında partlayıcı detektorlar” adlı layihə çərçivəsində görülən işləri müzakirə etmək olub.
Qonaqlar ilk olaraq institutun Bionanostrukturlar fizikası laboratoriyasının əməkdaşları və layihə iştirakçıları - professor Rasim Cabbarov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nahidə Musayeva ilə görüşüblər. Görüş zamanı aparılan birgə tədqiqatların nəticələri müzakirə olunub.
Sonda İMEM-in əməkdaşları institutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.