Almaniya Arxeologiya İnstitutunun Avrasiya bölməsinin “İran və Turanda arxeologiya” jurnalının 16-cı sayı işıq üzü görüb.
Nəşrin “Kür layihəsi. Cənubi Qafqazda son tarixəqədərki dövr üzrə yeni tədqiqatlar” adlanan bu sayında Cənubi Qafqaz, əsasən də Azərbaycan ərazisindəki müxtəlif arxeoloji abidələrdə 2012-2015-ci illərdə beynəlxalq ekspedisiyalar tərəfindən aparılan tədqiqatların yekunlarına dair hesabat xarakterli məqalələr öz əksini tapıb.
Jurnalın həmmüəllifləri sırasında beynəlxalq ekspedisiyaların Azərbaycan tərəfindən rəhbərləri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları - Təvəkkül Əliyev və Fərhad Quliyev də var.
İngilis, alman və fransız dillərində dərc edilən topluda, həmçinin Azərbaycan ərazisindəki Kültəpə, Göytəpə, Soyuqbulaq kurqanları barədə məlumatlar da yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.