AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda ümuminstitut seminarı keçirilib.
Tədbirdə Qeyri-harmonik analiz şöbəsinin müdiri, prof. Bilal Bilalovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzəçi əldə etdiyi elmi nəticələri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasına “Almost convergence” adı ilə daxil edilib. Statistik yığma anlayışı riyaziyyatın ədədlər nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, yaxınlaşma nəzəriyyəsi, qeyri-səlis məntiq nəzəriyyəsi və s. kimi müxtəlif sahələrində tətbiq edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.