AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda 3-ü elmlər doktorluğu və 25-i fəlsəfə doktorluğu hazırlığı üzrə sənəd təqdim edən 28 nəfərin mövzusu müzakirə edilib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda ümumilikdə 22 mövzu təsdiq olunub.
Müzakirələrdə filologiya üzrə elmlər doktorları - Aida Qasımova, Atamoğlan Həsənov, Azadə Musayeva, Bədirxan Əhmədov, Cəlil Nağıyev, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Ramiz Əsgər, Seyfəddin Rzasoy və Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.
Tədbir çərçivəsində şuranın üzvü, professor Ramiz Əsgər Qədim türk yazılı abidələri və Mahmud Kaşğarinin ekspozisiyasının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar şəxsi arxivindən bir sıra materialları Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.