AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda1918-ci il mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib. İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 1918-ci ildə Azərbaycan xalqına qarşı bolşeviklərlə erməni daşnaklarının birgə həyata keçirdikləri soyqırımın geniş miqyaslı olduğunu söyləyib. Erməni cinayətlərindən, Azərbaycanın mərd övladlarının düşmənə qarşı mübarizəsindən bəhs edən əlyazma materialları barədə məlumat verən P.Kərimov əlyazmaların çoxunun institutun əməkdaşları tərəfindən çap etdirildiyini diqqətə çatdırıb.
Elmi işçi Şöhrət Səlimbəyli mart hadisələrini Azərbaycan xalqının başına gətirilən çoxsaylı faciələrdən yalnız biri olduğunu nəzərə çatdırıb, şahidi olduğu Qarabağ müharibəsi barədə xatirələrini danışıb.
Tədbirdə Əlyazmalar İnstitutunun əməkdaşları, filologiya üzrə elmlər doktoruTərlan Quliyev, filologiya üzrə fəlsəfə doktorları Əli Əliyev, Əkrəm Bağırov və elmi işçi Aqil Gəncəli mart faciəsinin xalqımızın qan yaddaşına yazıldığını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.