Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab işıq üzü görüb
05.02.2018 11:18
  • A-
  • A
  • A+

“Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab nəşr olunub. Kitabın elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Kitabda hesablama buludlarının mövcud vəziyyəti və inkişaf perspektivləri analiz edilib, mobil bulud texnologiyalarının arxitektur-texnoloji prinsipləri araşdırılıb. İyerarxik strukturlu mobil hesablama buludlarının ikinci səviyyəsində cloudletlər əsasında şəbəkə infrastrukturunun yaradılması məsələləri təhlil edilib. Mobil bulud texnologiyalarının elmi-nəzəri problemləri araşdırılıb və bu istiqamətdə elmi-tədqiqat işlərinin vəziyyəti analiz edilib. Mobil istifadəçilərin proqram əlavələrinin cloudletlərdə düzgün paylanması və resurslardan səmərəli istifadə edilməsi məsələlərinə baxılıb. Mobil hesablama buludlarında təhlükəsizlik məsələləri təhlil edilib, həmçinin bu hesablama buludlarında meydana çıxan problemlər tədqiq edilərək onların həlli istiqamətində tövsiyələr verilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: